​SSRİ-nin məşhur kosmonavtı vəfat etdi

Baxış sayı:
5182

SSRİ kosmonavtı Vladimir Lyaxov 76 yaşında vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya kosmonavtlarının hazırlığı mərkəzi məlumat yayıb.
2 dəfə Sovet ittifaqı qəhrəmanı olmuş Lyaxovun ailəsinə SSRİ və Rusiya kosmonavtları tərəfindən başsağlığı verilib.
Qeyd edək ki, V.Lyaxov fəaliyyəti dövründə ümumilikdə 333 gün, 7 saat və 8 dəqiqə açıq kosmosda olub.
O, “Salyut-6” və “Salyut-7” orbital stansiyalarında aparılan tədqiqatlarda iştirak edib.