“Soros” Fondu niyə Budapeştdən Berlinə köçür? - ALMANİYANI CAZİBƏDAR EDƏN SƏBƏBLƏR

Baxış sayı:
1786

Son vaxtlar beynəlxalq xeyriyyə fondları Berlində öz filiallarını açır. Bir sıra fondlar könüllü olaraq bu addımı atsa da, konkret olaraq “Soros” Fondu belə bir qərar verməyə məcbur olub. Çünki 1984-cü ildən bəri Budapeştdə fəaliyyət göstərən “Soros” Fondu 31 avqustda bağlanıb. Buna səbəb Macarıstanda xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına dövlət nəzarətini gücləndirən yeni qanunun qəbul olunması idi. Hansı ki, yeni qaydalar ilk növbədə “Soros” tərəfindən maliyyələşdirilən təşkilatlara qarşı yönəldilib.
Təsadüfi deyil ki, 88 yaşlı amerikalı milyarder Corc Soros bu qərarına görə Macarıstan Baş naziri Viktor Orbanı tənqid etməkdədir. Macarıstanın baş naziri isə bütün bunlardan narahatlığını olmadığını söyləyib.
Qeyd etdiyimiz kimi, amerikalı milyarder Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Fondu artıq Berlində Regional Mərkəzini açıb. Bu mərkəzdə150 nəfər çalışacaq ki, bu işçilərin də bir çoxu Macarıstandan gəlib.
Berlin Senatının məlumatına görə, hazırda Almaniyanın paytaxtında humanitar xeyriyyə layihələrinin həyata keçirilməsinə dəstək məqsədiylə qurulan 939 təşkilat məskunlaşıb. Hazırda Berlin Almaniyanın ən beynəlmiləl şəhəri hesab edilir. Paytaxtda alman dili ilə yanaşı, ingilis dilində danışan yeni sakinlərin sayı çoxalır. Almaniyanın digər bölgələri ilə müqayisədə Berlində əcnəbilərin sayı daha sürətlə artmaqdadır.
2018-ci ilin payızında dünyanın ən böyük xeyriyyə fondlarından olan “Bill və Melinda Gates” vəqfi burada ikinci Avropa şöbəsini açacaq. Onun prioriteti kasıb ölkələrdə aclıqla mübarizə aparmaq, eləcə də İİV / AİDS və malyariya kimi xəstəliklərlə mübarizə aparmaqdır. Fondun Avropa qitəsindəki digər nümayəndəliyi Londonda yerləşir.
“Microsoft” şirkətinin bir neçə ildir Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi ilə əməkdaşlıq etməsi də təsadüf deyil. Fondun nümayəndəsi Anja Langenbucher deyib ki, Berlin bir filial açmaq üçün ideal bir yerdir, çünki Almaniya inkişaf etməkdə olan ölkələrə ayrılan yardımın miqdarına görə dünyada ikinci yerdədir.
Hətta alman fondaları da ümumi trenddən kənarda qalmır. Belə ki, alman media şirkəti “Bertelsmann AG” 2018-ci ilin sonlarında Berlindəki ən böyük filialını açmağı planlaşdırır. Filalın ofisi şəhərin mərkəzində yerləşəcək.
Ekspertlər hesab edirlər ki, bu qərardan sonar digər nüfuzlu fondlar da “Bertelsmann AG”-dən nümunə götürə bilərlər.
Hazırda dünyanın digər ölkələrində yaşanan qeyri-sabit siyasi vəziyyətin fonunda, liberal Almaniyanin gələcəyinə çox böyük ümid var. Təbii ki, ölkənin öz cazibədarlığını saxlaması Alman siyasətinin gələcək kursundan asılıdır. Çünki sağçı populistlərin də təsiri də Almaniyada böyüməkdədir.
 
Muxalifet.az