SON DƏQİQƏ - Mark Esper: "ABŞ qoşunları İraqdan çıxmayacaq"

Baxış sayı:
2437

İraqın Baş naziri Adil Abdulmehdi ABŞ-ın Bağdaddakı səfiri Metyu Tuellerə Parlamentin ölkədəki xarici güclərin geri çəkilməsi barədə qərarını verdi. Digər tərəfdən, ABŞ Müdafiə Naziri Esper sosial mediada "İraqdan çəkilmirik; çəkilmək planlarımız yoxdur" deyərək, İraqdan çəkiləcəyi ilə bağlı məktubu təkzib etdi.
İraq hökumətinin yazılı açıqlamasına görə, Baş nazir Abdulmehdi səfir Tuelleri paytaxt Bağdaddakı ofisində qəbul etdi. Cari məsələlər və İraq hökumətinin mövqeyi müzakirə edildi.
Baş nazir Abdulmehdi, İraq Məclisinin qərarına uyğun olaraq xarici qüvvələrin ölkədən çıxarılması və ABŞ ilə münasibətlərin möhkəm təməllər üzərinə qurulması üçün birgə işləməyin lazım olduğunu söylədi.
Mövcud vəziyyətin ciddiliyinə və mümkün təsirlərinə işarə edən Abdulmehdi, ölkəsinin açıq müharibəyə sürüklənməməsi üçün çox səy göstərdiyini vurğuladı.
İraqın Baş naziri, ölkəsinin münasibətlərinin; Əməkdaşlıq, qarşılıqlı hörmət və təhlükəsizlik, sabitlik və milli suverenliyin qorunmasına əsaslandığını qeyd etdi.
Reuters-in məlumatına görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri yaxın günlərdə İraqdan çıxacaq. Açıqlama mətnində “koalisiya qüvvələri İraqda yenidən yer dəyişdirmə və təhlükəsiz çıxış təmin etmək üçün tədbirlər görməlidir. Bölgədə vertolyot uçuşlarında artım olacaq ..” deyildi.
ABŞ Müdafiə Naziri Esper, sosial mediyada "İraqdan çəkilmirik; çəkilmək planlarımız yoxdur" deyərək, İraqdan çəkilməklə bağlı məktubu təkzib etdi.
Muxalifet.az