SON DƏQİQƏ! Fuad Abbasovun səhhəti pisləşdi - JURNALİST ACLIQ AKSİYASINI DAVAM ETDİRİR

Baxış sayı:
3415

Moskvada həbsdə olan jurnalist Fuad Abbsovun səhhəti pisləşib. 

Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə ailəsi sosial media vasitəsilə məlumat verib. 

Ailəsinin bildirdiyinə görə, iyunun 15-də F.Abbasovun səhhətinin pisləşməsi ilə bağlı təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər jurnalisti müayinə edərək lazımi prosedurları həyata keçiriblər. 

Məlumatda həmçinin bildirilir ki, F.Abbasov xəstəxanaya yerləşdirilməsindən və müalicə prosedurlarının aparılmasından imtina edib. Vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq məqsədilə həkimlər F.Abbasova aclıq aksiyasının dayandırılmasını və yemək yeməsini məsləhət görsələr də, jurnalist aclıq aksiyasını dayandırmayacağını deyib.