Məşhur iş adamının klinikası 5 min cərimələnir – 50 mindən çox vergi borcu var

Baxış sayı:
10088

"Atlas Medical Center" barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə görə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir.

İşə 22.12.2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, "Atlas Tibb Mərkəzi” kimi tanınan "Atlas Medical Center”in İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 61421.80 qəpik vergi borcu var. Qanuni təmsilçisi Əliyev Fərhad Ənvər oğludur. Fərhad Əliyev məşhur iş adamı, "Şərq" bazarının rəhbəri, "Qorqud Holdinq"in prezidenti Heydər Əliyevin qardaşı oğludur./7news.az