SON DƏQİQƏ: ABŞ bazasına irimiqyaslı hücum - Çox sayda ölü və yaralı var / YENİLƏNDİ

Baxış sayı:
4768

Bağdadda yerləşən “Taci” hərbi bazasına raket hücumu nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. 11 əsgər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

***

11 mart 21:39

İraqın paytaxtı Bağdadda amerikalı hərbçilərin olduğu “Taci” hərbi bazası hücuma məruz qalıb.

BBC xəbər verir ki, hərbi bazaya azı 10 raket atılıb. Tələfat barədə məlumat yoxdur. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.