SON DƏQİQƏ! ABŞ Amfibiya gəmisi 2 min yüz əsgərlə yola düşdü

Baxış sayı:
2002

ABŞ Donanmasına aid "USS Bataan" Amfibiya gəmisinin Afrikada təlimi təxirə salıb, Yaxın Şərqə göndərildiyi bildirildi.
Muxalifet.az 
bu barədə "Hurriyet"ə istinadla bildirir.
Amerika mediyasında, İran generalı Qasım Süleymaninin öldürülməsi ile ABŞ-İran gərginliyi kəskinləşərkən, Amfibiya gəmisininin daşıdığı 26-cı Dəniz Piyadaları tərkib heyəti ilə birgə Yaxın Şərqə istiqamətləndirdi.
“USS Bataan” Amfibiya gəmisi dekabr ayında 2 min 100 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Səfər Missiyası Birliyi Afrikaya Dəniz Aslanı Təlimi üçün yola düşmüşdü və keçən həftə Mərakeş sahillərinə çatmışdı.
Anadolu Ajansının muxbirinin mövzuyla bağlı sualını cavablandıran ABŞ Donanması rəsmisi, gəminin istiqamətini bildirməkdən yayındı. Açıqlamada, "USS Bataan və daşıdığı Dəniz Piyadaları Səfər Missiyası Birliyi, Dəniz Qüvvələrinin fəaliyyətini dəstəkləmək üçün göndərildi", deyə ifadə etdi.




Muxalifet.az