“Sizdən yaxşı fahişə çıxar...” - Məşqçidən İYRƏNC İFADƏLƏR

“Rusiyanın qadınlardan ibarət “Energiya” (Voronej) futbol komandasının baş məşqçisi İvan Sayenko oyunçuları döyür, həmçinin onları hər cür alçaldırdı”.
Publika.az xəbər verir ki, bu haqda Rusiya klubunun keçmiş amerikalı futbolçusu Deni Foksxoven “The Times” nəşrinə müsahibəsində deyib.
“Bir dəfə mən məşq zamanı otun üstündə oturmuşdum, məşqçi yaxınlaşaraq qulağımı tutdu və mənə şillə vurdu. Mən heç nə anlamırdım. Bundan sonra daha ehtiyatlı oldum. Mən rusca danışa bilmirdim, amma bədən dilinə görə anlaya bilirdim ki, o, hamını açıq şəkildə təhqir edirdi”, - Foksxoven deyib.
Amerikalı deyib ki, tərcüməçi məşqçinin sözlərini sonradan yazaraq ona izah edib: “Orada gizli seksual məna var idi. Məşqçi deyirdi ki, insanların çox hissəsi bizi çılpaq görməyi daha üstün tutardı, bizdən yaxşı fahişə çıxardı, nəinki futbolçular. O, bizi “fahişə” və “səfeh” adlandırırdı. Komandada Kamerundan iki qız çıxış edirdi və onlarla bağlı irqçi ifadələr səsləndirirdi”.