Əsədin 3 min 138 silahlısı məhv edildi - ÇOX SAYDA TEXNİKA SIRADAN ÇIXARILDI

Baxış sayı:
2569

Türkiyə Milli Müdafiə Nazirliyi “Bahar Qalxan” əməliyyatı həyata keçirilməyə başladığı gündən bəri 3 min 138 rejim ünsürünün zərərsizləşdirildiyini bildirib.
Muxalifet.az
xəbər verir ki, Milli Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda, “Bahar Qalxanı” əməliyyatının həyata keçirildiyi bölgədə rejim ünsürlərinin açdığı atəş nəticəsində 2 əsgərin şəhid olduğu, 6 əsgərin yaralandığı qeyd edilib.
“Həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, ailəsinə, Türk Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı və səbir diləyirik. Yaralı əsgərlərimizə isə şəfa diləyirik. Şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, bundan sonra da qoymayaçağıq. Əməliyyat başladığı gündən bəri 3 təyyarə, 8 helikopter, 3 pilotsuz uçuş aparatı (PUA), 151 tank, 47 ÖAQ, 52 yaylım atəşli reaktiv sistem, 8 hava hücumundan müdafiə sistemi, 12 tank əleyhinə qurğu, 4 minaatan, 24 zirehli teknika, 27 zirehli döyüş maşını, 34 pikap, 60 hərbi maşın, 10 silah-sursat anbarı məhv edilib, 3 min 138 rejim ünsürü zərərsizləşdirilib” - məlumatda vurğulanır.