Əsədə qarşı 35 minlik ordu quruldu - ARXASINDA KİM VAR?

Baxış sayı:
8179

Suriyada Bəşər Əsəd rejiminə qarşı müxaliflərdən ibarət qurulan yeni Suriya Milli Ordusunun (SMO) arxasında dayanan gücün adı açıqlanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, SMO-nun başçısı, polkovnik Xeytam Afisi birliyin Türkiyə tərəfindən qurulduğunu bildirib.

Bu barədə “Röyters”ə danışan polkovnik hələ mübarizəyə yeni qoşulduqlarını və əsas düşmənlərinin Bəşər Əsəd, PKK və İŞİD terror təşkilatları olduğunu bildirib: “Milli Orduya bütün dəstək Türkiyədən verilir. Başqa müttəfiq dövlət yoxdur. Türkiyə döyüşçülərimizin maaşlarını verir. Logistika dəstəyini və hərbi dəstəkləri də təmin edir”.

Afisi SMO-ya yalnız göstərilən hədəflər üzrə atəş açmaq əmri verildiyini, vahid geyim forması geyinmək və Suriyada insan haqlarının qorunması üçün yaradılmış hərbi polislə işbirliyi içində olmaq göstərişi verildiyini bildirib.

Polkovnik Milli Orduya öz həbsxanalarını və məhkəmlərini qurmaq qadağasının olduğunu deyib. SMO-nun 35 min canlı qüvvəsi var.