​"Sabah" "Əskişəhər"ə qalib gəldi, "Qarabağ" isə...

Baxış sayı:
2614

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarından ilk olaraq, debütant "Sabah" meydana çıxıb.
Muxalifet.az-ın məlumatına görə, Elşad Əhmədovun baş məşqçi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Əskişəhərspor"la üz-üzə gəlib. Bələk qəsəbəsindəki "IC Santai" otelinin futbol meydanında təşkil olunmuş qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 68-ci dəqiqədə Emil Qasımov vurub.
"Qarabağ"ın Rumıniya "Botoşani"si ilə nəzərdə tutulan görüşü isə ləğv olunub. Səbəb kimi Antalyada bir neçə gündür güclü yağışların yağması göstərilib.
Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasının klubları Türkiyənin Antalya şəhərində yoxlama oyunlarına start verib.