​Ruslan Qurbanovun millinin heyətindən çıxarılmasının səbəbi bilindi

Baxış sayı:
6598

Millimizin futbolçusu Ruslan Qurbanovun adının Malta ilə Millətlər Liqasının oyununda “23-lüy”ə daxil edilməməsinin səbəbi bəlli olub.
Muxalifet.az xəbər verir ki, Kosovo ilə matçda start heyətdə meydanda olmuş hücumçu Malta ilə görüşdə də oynamalı imiş.
Amma Kosovo ilə matçdan əvvəl Bakı Olimpiya Stadionunun meydançasındakı kələ-kötür yerləri çəkib sosial şəbəkədə yerləşdirməsi dağıstanlı legionerimizə ağır başa gəlib. Nəticədə, futbolçu Maltaya aparılsa da, heyətə daxil edilməyib.
Qeyd edək ki, Ruslan Qurbanov daha sonra həmin şəkil və videonu səhifəsindən silib.