​Ruslan Abışov əməliyyat olundu - özünü yaxşı hiss edir

Baxış sayı:
3820

Ruslan Abışov əməliyyat olundu - <b style="color:red">özünü yaxşı hiss edir</b>
"Neftçi”nin futbolçusu Ruslan Abışov əməliyyat olunub.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Almaniyada olan əməliyyat uğurlu keçib.
Komandanın kapitanı bununla bağlı  açıqlama verib. O, özünü yaxşı hiss etdiyini bildirib: Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.
Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın "Uypeşt” klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.