“Rusiyanın “Vaqner” muzdlu ordusu Həftərə xidmət edir” - ƏRDOĞAN

Baxış sayı:
3079

Türkiyə prezidenti R.T.Ərdoğan rəhbəri olduğu hakim Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərləri ilə görüşü zamanı çıxışında deyib: “Türkiyə Liviyada qanuni hökumətin, Suriyada isə xalqın tərəfindədir. Biz Liviyada muzdlu bir legionerin yox, qanuni hökumətin yanındayıq. Rusiyanın göndərdiyi “Vaqner” adlanan təhlükəsizlik qüvvələri Həftərə xidmət edir. Biz isə orada Sərracın arxasındayıq.

Çevrilişçi generalı dəstəkləməyə davam edən bəzi Avropa və ərəb ölkələrinin riyakarlığını tarix qeydə almaqdadır. Çevrilişçi generala hər cür dəstək verənlər indi utanmadan Türkiyəni tənqid edirlər. Türkiyə Liviyada meydanı çevrilişilərə buraxmayacaqdır”./Hurriyyet.org