Rusiyalı və amerikalı generallar Bakıda Suriya və Əfqanıstanı müzakirə etdilər - FOTO

Baxış sayı:
835

Bakıda Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolters arasında görüş keçirilib.

RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Tərəflər Rusiya ilə NATO məkanının təmas xətti boyu xoşagəlməz hadisələrin qarşısını almaq və ekspertlər səviyyəsində dialoq perspektivlərini müzakirə ediblər. 

Bununla yanaşı, Avropada və dünyada təhlükəsizlik məsələlərinə, terrorçuluq və dəniz quldurluğu ilə mübarizəyə, Əfqanıstanda, Suriyada vəziyyətə dair fikir mübadiləsi aparıldığı bildirilir.