Rusiyadan ŞOK BƏYANAT: “AĞ DƏBİLQƏLİLƏR” Suriyada kimyəvi silah provokasiyası hazırlayır

Baxış sayı:
7228

“AĞ DƏBİLQƏLİLƏR” Suriyada Kimyəvi silah provokasiyası hazırlayırlar.
Muxalifet.az xəbər verir ki, Türkiyənin "Aydınlıq" qəzeti bu barədə yazıb.

Rusiya XİN mətbuat katibi Suriyadakı ağ dəbilqəlilər qrupunun terrorçular ilə birgə kimyəvi silahdan istifadə edərək yeni provokasiyalar hazırladığı haqda bəyanat verdi. Mariya Zaxarova özlərini yardım təşkilatı kimi qələmə verən , lakin Suriyadakı terrorçu qruplarla əməkdaşlıq etdikləri dəfələrlə sübut olunmuş “Ağ dəbilqəli”lərin yeni bir kimyəvi silah hücumu oyunu hazırladıqları barədə xəbərdarlıq etdi.
Zaxarova həftəlik mətbuat konfransında “ Suriya hökumətinin BMT”-yə ardıcıl olaraq verdiyi məlumata görə ağ dəbilqəlilər Suriyada terrorçular ilə birgə kimyəvi silahdan istifadə etməyi planlaşdıraraq yeni hücumlar hazırlayırlar”, dedi və əlavə etdi: “Məqsəd aydınıdr: bu ölkədəki sülh prosesini sabotaj etmək istəyirlər”.
Mətbuat katibi həmçinin, ABŞ-ın Ağ Dəbilqəlilər qrupuna 4,5 milyon dollar miqdarında yardım edəcəyinə dair xəbərlərin onları kədərləndirdiyini də ifadə etdi.   
Muxalifet.az