Rusiya İranın "S-400" tələbini rədd etdi - ŞOK SƏBƏBLƏR

Baxış sayı:
10177

ABŞ ilə gərginliyə səbəb olan "S-400" raketdən müdafiə sistemi satın alma müddətində Türkiyənin bu raketləri cənub sahilinə yerləşdirməyi düşündüyü iddia edilib. Digər yandan, Rusiya Orta Şərqdə gərginliyi daha da artıra biləcəyi səbəbiylə İranın "S-400" havadan müdafiə sistemi satın almaq tələbini rədd edib.
 
“Bloomberg”-in dörd qaynağa söykədiyi xəbərinə görə, Türkiyə S-400-ləri Kipr ilə Aralıq dənizinin şərqindəki təbii qaz axtarış və çıxarma fəaliyyətləriylə əlaqədar mübahisə yaşadığı üçün cənub sahilinə yerləşdirməyi planlayır.

Qaynaqlar "S-400"-lər üçün yalnız Aralıq dənizi sahillərinin deyil, başqa yerlərin də düşünüldüyünü qeyd edib. Qaynaqlara görə, "S-400"-lər ruslar tərəfindən inşa edilən Türkiyənin ilk nüvə stansiyası Akkuyuda da yerləşdirə bilər.

Xəbərdə Türk mövqelərinin mövzu ilə əlaqədar açıqlama vermədiyi bildirilib.
 
Digər yandan, “Bloomberg”-in bir başqa iddiası isə İran ilə əlaqədardır. Rus səlahiyyətlilərə söykənilən xəbərdə, İran Rusiyadan yeni "S-400" müdafiə sistemi tələb edib. Ancaq Rusların bölgədəki gərginliyi daha da artıracağı üçün bu tələbi rədd etdiyi iddia edilib.

Müxalifət.az