Rusiya İranın nüvə sazişindən çıxmasına haqq qazandırdı: "Heç bir təhlükə yoxdur"

Baxış sayı:
2206

Rusiya XİN, İranın nüvə sazişindəki bütün öhdəliklərinidən imtina etməsinin heç bir təhlükə yaratmadığını söylədi.
Muxalifet.az 
bu barədə "Hurriyet"ə istinadla bildirir.
Nazirlikdən edilən yazılı açıqlamada, İran hökumətinin nüvə sazişindəki bütün öhdəliklərdən geri çəkilmə qərarı nəzərdən keçirildi.
"Tehranın uranı zənginləşdirmə işlərindən və nüvə sazişində texnoloji imkanların yaxşılaşdırılmasına qoyulan məhdudiyyətlərdən imtina etməsi nüvə silahının yayılması üçün təhlükə yaratmır", - İran Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi açıqlamada vurğulanır.
"Biz maraqlı tərəfləri qlobal saziş ətrafında daha çox gərginlik və qeyri-müəyyənlik yaratmamağa çağırırıq" deyən Rusiya İranın nüvə sazişinə sadiq qaldığını bildirib. 
İran hökuməti dünən nüvə sazişindəki öhdəliklərin heç birini yerinə yetirməyəcəyini açıqladı.
Muxalifet.az