​“Rusiya agenturası hər şeyi etdi” - SAAKAŞVİLİ

Baxış sayı:
3316

Gürcüstan hökuməti payızda keçiriləcək prezident seçkisinin nəticələrini saxtalaşdırmaq niyyətindədir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Rustavi 2” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, total saxtakarlığa hazırlıq indidən başlayıb:
“Onların koordinatorlar sistemi var. Bu koordinatorlar 10 nəfərə nəzarət edirlər. Koordinatorlara pul verilir ki, onlar 10 nəfəri seçkiyə gətirsinlər. Üstəlik, bu şəxslərlə bağlı siyahı tutulur və onların nə etdikləri yazılır”.
Saakaşvili Rusiyanın da seçkiyə müdaxilə edəcəyini bildirib:
“Mənim partiyam 2012-ci ilin seçkisini Rusiya müdaxiləsinə görə uduzdu. Rusiya agenturası hər şeyi etdi”.