​Rövşən Lənkəranskinin heç yerdə görmədiyiniz kadrları - VİDEO

Avqustun 17-də gecə saatlarında killer tərəfindən qətlə yetirilən Rövşən Canıyevlə bağlı məsələlər hələ də mətbuatın gündəmindədir. Muxalifet.az xəbər verir ki, Rövşən Lənkəranski kimi tanınan Canıyev və daha iki nəfər “Range Rover”də atəşə tutublar. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb. “Range Rover”in sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb.
Aldığı yaralardan sürücü yerində keçinib, Rövşən Canıyev isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Polisdəki mənbələrin bildirdiyinə görə, Canıyevə 5 güllə dəyib. Güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.
Mərhum Rövşən Lənkəranski Kriminal avtoritet sayılırdı.