Ronaldunun kompromat FOTOLARI YAYILDI - VİDEO

Baxış sayı:
3448

Turinin "Yuventus" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu ilə amerikalı Ketrin Mayorqanın fotoları internetdə yayılır.

Milli.Az CelebritiesBuzz-a istinadən bildirir ki,  sabiq otel hostesi olan Mayorqanın dediyinə görə, 2009-cu ildə Kriştianu Ronaldu onu ABŞ-ın Las-Veqas şəhərindəki (Nevada ştatı) "Pals Place" otelində, gecəsi 1200 dollarlıq penthaus nömrəsində zorlayıb.

"Kriştianu otaqda məni qucaqladı, yatağa yıxmağa çalışdı. Etiraz etdim, onun əlindən qurtulub qaçmağa çalışdım. Amma o, çox güclü idi, öhdəsindən gələ bilmədim. Mənə təcavüz etdi", - Mayorqa söyləyib.

Mayorqa sentyabrın 28-də belə bəyanatla çıxış edib və daha sonra bildirib ki, Ronaldu ona susmaq üçün 375 min dollar ödəyib.

33 yaşlı K.Ronaldu bu iddiaları yalan adlandırıb.

"O qadın mənim hesabıma tanınmaq, məşhurlaşmaq istəyir. Belə situasiyalar işimin bir hissəsidir", - Ronaldu deyib.

Futbolçunun vəkilləri K.Mayorqanın açıqlamalarını dərc etmiş "Der Spiegel" jurnalını məhkəməyə verməyə hazırlaşırlar.

34 yaşlı Ketrin Mayorqa isə Ronaldunu yalançılıqda suçlayıb və Las-Veqas polisinə şikayət etdiyini vurğulayıb.

Videonu izləmək üçün şəklə klikləyin:

Kriştianu Ronaldunun başı dərddə - kompromat