​Ronaldu mövsümün ƏN YAXŞI BOMBARDİRİ OLDU - İki, üç və dördüncü yerlər...

Baxış sayı:
913

Madridin "Real" komadasının hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının cari mövsümünü turnirin bombardirlər siyahısında birinci yerdə bitirib.
Belə ki, portuqaliyalı futbolçu 13 oyunda 15 qol vurub (4-ü penaltidən) və 3 məhsuldar ötürmə edib.
İkinci yeri İngiltərənin "Liverpul" komandasının yarımmüdafiəçisi Məhəmməd Salah tutub. O, 15 oyuna 11 qol vurmağa nail olub. Mövsümü üçüncü sırada "Liverpul"un hücumçusu Roberto Firmino (11) başa vurub.
Dördüncü yeri də mersisaydların daha bir təmsilçisi olan Sadio Maneyə məxsusdur. Forvard ampulasında çıxış edən futbolçunun hesabında 10 qol var.