​Ronaldo Benzema ilə oynamaq istəməyib - PSJ İLƏ GÖRÜŞDƏ

Baxış sayı:
2842

"Real"ın futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasının 1/8 finalında PSJ ilə ilk oyun öncəsi (3:1) baş məşqçi Zinəddin Zidana Kərim Benzemanı əsas heyətdə oynatmamağı məsləhət verdiyi məlum olub.
Muxalifət.az xəbər verir ki, o, fransalı mütəxəssisə Benzema ilə yox, Qaret Beyllə oynamaq istədiyini bildirib.Ancaq Z.Zidan öz həmyerlisini müdafiə etdiyi üçün Benzemanı start heyətdə meydana çıxarıb.
Ronaldo hesab edir ki, 1/4 finala yüksəlmək istəyirlərsə, uelsli oyunçuya şans verilməlidir.
Qeyd edək ki, Benzema PSJ ilə görüşün 68-cı dəqiqəsində Q.Beyllə əvəzlənib./qol.az/