"Real" "Tottenhem"in hücumçusuna 200 MİLYON TƏKLİF EDİR

Madridin "Real" futbol klubu "Tottenhem"in hücumçusu Harri Keyni almağı planlaşdırır.
Bu barədə "RT" xəbər verib.
Xəbərdə qeyd olunur ki, "Real" bunun üçün 200 milyon avro ödəməyə hazırdır. Komandanın hücumçunu 2018-ci ilin yayında alacağı bildirilir.
Keyn İngiltərənin ötən mövsümündə ən yaxşı bombardir olub. Onun hesabında 30 matçda 29 qol var.