​Ərdoğan Ruhaniyə məktub göndərdi: Hazırıq...

Baxış sayı:
4816

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, Ərdoğan məktubunda İranın cənubunda baş verən təyyarə qəzasına görə böyük üzüntü duyduğunu bildirib. O, faciə zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verərək, ölənlərə Allahdan rəhmət diləyib.
Türkiyə prezidenti ehtiyac olduğu təqdirdə İrana hər cür yardım etməyə hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, bu gün İrana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər həlak olub.