Xameneyinin ailəsi dövlət əmlakını mənimsəməkdə ittiham olunur

Baxış sayı:
30173

Xameneyinin ailəsi dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Belə ki, İranın ali rəhbəri Seyid Əli Xameneyinin ofisinə tabe olan şirkətlərdə işləyən qohumları dövlət əmlakını mənimsədikləri üçün barələrində cinayət işi başlanılıb.
“Əlinin Ədaləti” haker qrupu Tehran Prokurorluğunun məsələyə dair sənədini yayıb.
Bildirilib ki, Tehran şəhər İnqilab Prokurorluğu ali rəhbər Xameneyinin ofisinə bağlı iki şirkəti dövlət əmlakını mənimsəməkdə, qanunsuz mülkiyyət əldə etməkdə və etibardan sui-istifadə də günahlandırıb.
Məlumata görə, təxminən bir il öncə İran rəhbərinin qardaşı Məhəmməd Xameneyinin başçılıq etdiyi “Hikməti İslami Sədra" Fondunun törəmə şirkətlərindən biri olan “Karvan” nəqliyyat şirkəti tərəfindən korrupsiya və mənimsəmə faktı üzrə barəsində çıxarılan hökmün icrasına başlanılıb.
Xameneyinin qardaşı oğlu Əhməd Hüseyn Xameneyi və qardaşının qaynı Vəhidrza Taleqani də daxil olmaqla dörd nəfər korrupsiya, mənimsəmə, sənəd-sübutların məhv edilməsi və gizlədilməsinə görə cinayət məsuliyyətinə cəlb olunublar. Ancaq Tehran İnqilab Prokurorluğunun dövlət ittihamçısı Əli Salehinin işə təsiri və müdaxiləsi ilə cinayət işi arxivə göndərilib.
Vurğulanıb ki, bu cinayət işlərini Məhəmməd Xameneyinin başçılıq etdiyi “Hikməti İslami Sədra" Fondu həyata keçirib.
Bildirilib ki, “Karvan Nəqliyyat Şirkəti” də Xameneinin ailə biznesinə daxildir. “Hikməti İslami Sədra” Fondunun bu müəssisəni alması səbəbi də hələ aydın deyil.
Məlumata görə, sənəd İran İslam Respublikasındakı sonsuz korrupsiya dənizindən bir damladır.