Xamneyinin "müşaviri” edam edildi - “Mossad” agentinə məxfi məlumatlar ötürməkdə ittiham edilib / FOTO

Baxış sayı:
20031

Özünü İranın ruhani lideri Əli Xamneyinin “müşaviri” kimi təqdim edən 24 yaşlı hüquq tələbəsi Möhsün Saravani İsrailin xeyrinə casusluq ittihamı ilə Zahedan həbsxanasında edam edilib.
Muxalifet.azxəbər verir ki, bu, bazar ertəsi, yanvarın 8-də məlum olub.
İran Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, Saravani məxfi məlumatları toplamaqda və onu İsrailin “Mossad” agentinə ötürməkdə ittiham olunur.
İran İnsan Haqları saytının məlumatına görə, edam dekabrın 16-da həyata keçirilib və edam edilən şəxsin adı gizli saxlanılıb. Cəmi bir neçə həftə sonra hüquq müdafiəçiləri Saravaninin kimliyini müəyyən edə biliblər.
Saravani əvvəlcə “akademik dərəcə oğurluğu” ittihamı ilə İİKK kəşfiyyatı tərəfindən saxlanılıb, lakin 45 günlük həbsdən sonra bəraət alıb və sərbəst buraxılıb. İkinci həbs 2023-cü ilin iyununda baş verib, Saravani məhkəmədə işgəncə altında kəşfiyyat fəaliyyətini etiraf etdiyini bildirib. Bundan əlavə, eyni zamanda, “iranlı nüvə aliminin ləğvini təşkil etməyə cəhd edən daha üç “Mossad” agenti həbs edilib”.