Ərdoğan Nyu Yorkda təntənə ilə qarşılandı

ABŞ-da yaşayan türk əsilli vətəndaşlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Nyu Yorkda qalacağı otelin qarşısında böyük təntənə ilə qarşılayıblar.
Müxalifət.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi informasiya yayıb.
Nyu Yorkda “Peninsula Hotel” qarşısıda Türkiyə prezidentini qarşılamağa gələnlər əllərində Türkiyə bayraqları və “Prezident Ərdoğan ABŞ-a xoş gəldiniz” yazılmış plakatlar tutublar. Qarşılama mərasimi təşkil edən vətəndaşlar “Sonuna qədər dik dur, bu millət səninlədir” şüarını səsləndirib. Türkiyə prezidenti də öz növbəsində əhalini salamlayıb.
ABŞ polisi Ərdoğanın ziyarəti ilə əlaqədar otel ətrafında təhlükəsizlik tədbirlərini artırıb. Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu Yorka səfər edib.