Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi

Baxış sayı:
2451

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolunu təsdiqləyib.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin “Resmi qazete”si məlumat yayıb.

Bildirilir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası 2019-cu il sentyabrın 16-da Bakıda keçirilib.

İclasda Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə edilib.

Həmçinin, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın protokoluna əlavə kimi tərtib edilmiş Fəaliyyət Planı da qəbul edilib.

Qeyd edək ki, protokolu Azərbaycanın həmin dövrdə Baş naziri olan Novruz Məmmədov və Türkiyənin vitse-prezidenti Fuat Oktay imzalamışdılar.