​Qurbanov özünə köməkçi tapdı: MOİK-in məşqçisi “Qarabağ”da

Baxış sayı:
1230

Bolqarıstanın MOİK klubunun məşqçisi Mario Mitov karyerasını Azərbaycanda davam etdirəcək.
Muxalifət.az xəbər verir ki, bolqar həmkarlarımız Sofiya klubunun akademiyasından ayrılan 24 yaşlı çalışdırıcının ölkəmizə üz tutduğunu iddia edir.
Fiziki hazırlıq üzrə mütəxəssisin karyerasını "Qarabağ"da davam etdirəcəyi bildirilir. O, Ağdam təmsilçisində Çudomir Çakarovu əvəzləməlidi.
Belə ki, sonuncu ölkəmizdəki fəaliyyətini Azərbaycan millisində davam etdirəcək. Bu üzdən ona klubda əvəzləyici axtaran "Qarabağ" rəhbərliyi və baş məşqçi Qurban Qurbanov seçimini gənc çalışdırıcının üzərində dayandırıb.
Qeyd edək ki, son bir ili MOİK-də keçirən Mario Mitov tanınmış futbolçu Dobri Mitovun oğludu./apasport.az/