Qurban Qurbanovun oğlu cərimələndi

Baxış sayı:
649

AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.
Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, komitə "Qarabağ-2"nin futbolçusu Musa Qurbanlını da cəzalandırıb. Oyunçu "Səbail-2" ilə matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün ona 1 oyunluq diskvalifikasiya tətbiq edilib. Klub isə 20 manat məbləğində cərimələnib.
Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.