Qum qasırğası İranın vilayətini iflic etdi

Baxış sayı:
1802

İranın cənub-qərbində yerləşən Sistan və Bəlucistan vilayətində qum qasırğası nəticəsində 75 nəfər xəstəxanaya müraciət edib.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəlucistan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Ə.Şəhnəvazinin sözlərinə görə, qum qasırğası əsas yollardan birinin 5 saat bağlanmasına, Zabol aeroportunda 2 uçuşun ləğv edilməsinə səbəb olub.