Qum - İranın dini paytaxtı, ya narkoman qadınların məkanı...

Baxış sayı:
3583

İranın dini paytaxtı sayılan Qum şəhəri qadın narkomanların sayına görə birinci yerdədir.
Muxalifet.az bildirir ki, bu haqda "Qom Farda" yerli vebsaytı İslam Respublikası Prezidentinin ofisnin təmsilçisinə istinadla yazır. Qadınnların işlərinin koordinasiyası üzrə müavin Zahra Javarerian onu da qeyd edib ki, Qum narkotik maddələr vənarkotikadan asılılığa görə həbs olunmuş qadınların sayına görə də başdadır. Dekabrın 31-də danışan Javererian bildiib ki, Qum ətrafındakı kəndlər kənd yerlərində boşanma üzrə liderdir. "Qum ibtidai və orta məktəb təhsilindən yayınan qızların sayı üzrə də birinciliyi saxlayır",-Javaherian vurğulayıb. Məmur bu şəhərdə menecer kimi çalışan qadınların sayının əhəmiyyətli dərəcədə aşağı olduğunu qeyd edib. O, təqdim edilən informasiyanın 2016-cı ildə yayıldığını, o vaxtdan şəhərdə bəzi müsbət dəyişiklik olduğunu da söyləyib. Amma detalları açıqlamayıb. 
Qaınların Narkotikdən İstifadəsi ilə Mübarizə və Qadın Məsələləri üzrə İdarənin Baş katibi Zahra Bonyanian 2014-cü ildə deyirdi ki, qadın narkomanların 68 faizi 20-39 yaşlıdı və ümumi sayının 62 faizi ailəlidir. Qumun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi başçısının 2016-cı ildə bildirməsinə görə, İranda ən çox boşanmalar bu şəhərin payına düşürvə şəhərin aliment göstəricilərində 5 min faizlik artım var.
Muxalifet.az