​Qubada oğul atasını GÜLLƏLƏDİ

Quba rayonunda oğul atasını güllələyib.
Muxalifət.az xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1994-cü il təvəllüdlü Xəyal Əhmədov atası, 1965-ci il təvəllüdlü Məhəmməd Əhmədovu ov tüfəngi ilə güllələyib. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisənin səbəbləri araşdırılır./report/