​Qış Olimpiada oyunları Türkiyədə keçiriləcək?

Baxış sayı:
4015

Türkiyə 2026 Qış Olimpiada oyunlarına rəsmi olaraq namizəddir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Ərzurum şəhərinin millət vəkili Mustafa İlıcalı deyib. O bildirib ki, martın 21-i Türkiyə Milli Olimpiada Komitəsi 2026-ci il Qış Olimpiada oyunları üçün artıq Beynəlxalq Olimpiada Komitəsinə müraciət edib:
“Hazırda İsveç, İsveçrə, Avstriya, Kanada və Türkiyədən isə Ərzurum olmaqla, 5 namizəd var. Prezident Ərdoğan olimpiadanın Ərzrumda baş tutacağını bildirdikdən sonra fasiləsiz çalışırıq. BOK aprelin 2-də bütün namizədlərin adını açıqlayacaq. Şəhərimizə, millətimizə xeyirli olsun”.