​"Qəbələ"dən möhtəşəm dönüş, "Neftçi" isə...

Baxış sayı:
2677

“Sumqayıt” klubu doğma meydanda “Neftçi”ni qəbul edib.
Muxalifet.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Matçın 13-ci dəqiqəsində Tural Axundov 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Sumqayıt”i hesabda önə çıxarıb. Qarşılaşmanın 17-ci dəqiqəsində “Sumqayıt” ikinci topu qonaqların qapısından keçirib. Amil Yunanov baxımlı qola imza atıb – 2:0.
“Sumqayıt”-“Neftçi” matçının 61-ci dəqiqəsində bakılıların heyətində Rəşad Sadiqov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Komandaların cəhdlərinə baxmayaraq, qarşılaşmanın sonunadək hesab dəyişməyib.
Beləliklə, oyunda 2:0 hesabı ilə qalib gələn “Sumqayıt” xallarının sayını 24-ə çatdıraraq dördüncü sıradakı mövqeyini möhkəmləndirib. “Neftçi” isə 19 xalla beşinci pillədə qərarlaşıb.