​“Qəbələ”də yeni təyinat gerçəkləşdi

Baxış sayı:
4465

“Qəbələ” futbol klubunda yeni təyinat gerçəkləşib.
Muxalifet.az xəbər verir ki, əvəzedicilərdən ibarət komandanın baş məşqçisi postuna Emin İmaməliyev təyin olunub. Bunadək klubun U-19 komandasına rəhbərlik edən 38 yaşlı mütəxəssis əvəzedicilərin “sükanı arxası”nda əsas komandada məşqçi kimi fəaliyyətə başlayan Elmar Baxşıyevi əvəzləyib.
Qeyd edək ki, 2014-cü ildən “Qəbələ” akademiyasında çalışan E.İmaməliyev U-17-də öncə məşqçi, sonra baş məşqçi, 2016-cı ilin yayından U-19-da baş məşqçi kimi çalışıb.