"Qasım Süleymani Azərbaycanla bağlı kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsinə cəhd edib" - KEÇMİŞ KOMANDAN AÇIQLADI

Baxış sayı:
5323

"Azərbaycanın düşməni Qasım Süleymaninin ölümü ölkəmizin hüquq-mühafizə orqanları üçün çoxlu ip ucları verdi. O hələ 1990-cı illərdən Azərbaycanla xüsusi maraqlamış və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd etmişdir". 

Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, belə bir sensasiyalı açıqlama ilə Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev çıxış edib. 

Daha sonra o bildirib: "Onun iki agenti Ağdam-Ağdərə döyüş bölgəsində Daxili Qoşunların kəşfiyyatçıları tərəfindən həbs edilərək MTN-ə təhvil verilmişdir. Bunu da ondan ötürü göz yaşları axıdanların yaddaşı üçün yazdım...".

Image result for Fəhmin Hacıyev