​"Qarabağ"la bacarmadı, "Lokomotiv"i darmadağın etdi

Baxış sayı:
4354

Rusiyanın "Lokomotiv" klubu futbol üzrə Avropa Liqasının 1/8 finalının cavab matçı çərçivəsində "Atletiko"ya uduzub.
Muxalifet.az xəbər verir ki, Moskvanın "RJD Arena" stadionunda keçirilən görüş Madrid komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandaların Madriddə keçirilən görüşü 3:0 hesabı ilə ispanların xeyrinə yekunlaşdığından "Lokomotiv" turniri tərk edib, "Atletiko" isə 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, "Atletiko" "Qarabağ"la ÇL-nin qrup mərhələsində mübarizə aparıb və hər iki görüş bərabərliklə nəticələnib.