​"Qarabağ"ın əsas komandasını Rəşad Sadıqov çalışdıracaq

Baxış sayı:
1232

Milli komandamız Antalyada təlim-məşq toplanışı keçəcək. Bu müddətdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun əsas köməkçisi Elçin Rəhmanov və fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarov da yığmanın düşərgəsində olacaq. Belə olan halda hazırda Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"a kim rəhbərlik edəcək?
Fanat.az-ın yaydığı xəbərə görə, Ağdam klubuna kimin başçılıq edəcəyi müəyyənləşib. "Qarabağ"ı Qurban Qurbanovun olmadığı müddətdə məşqlərə Rəşad Sadıqov çıxaracaq.
Qeyd edək ki, "Qarabağ"ın və millinin kapitanı olan Rəşad Sadıqov son mövsümdə Ağdam klubunun U-19 komandasına başçılıq edib. Hazırda isə o, Azərbaycanın U-20 və U-21 yığmalarına başçılıq edir.