"Qarabağ"ın rəqibi müəyyənləşdi - YENİLƏNDİ

Baxış sayı:
520

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Muxalifet.az-ın xəbərinə görə, UEFA-nın Nyon şəhərindəki püşk Albaniyanın "Partizan"ını komandamıza rəqib edib.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək.

***
08:45

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Püşkdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da rəqibi bilinəcək. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda özündən nisbətən zəif rəqiblərlə mübarizə aparacaq
Birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Qarabağ"ın 5 potensial rəqibi aşağıdakılardır:

"Valetta" (Malta)

"Sarayevo" (Bosniya və Herseqovina)
"Sutyeska" (Monteneqro)
"Partizani" (Albaniya)
"Saburtalo" (Gürcüstan)

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək./Qol.az