​"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi

Baxış sayı:
2296

Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının VII turu ilə bağlı dəyişiklik edib.
Dəyişiklik AFFA, "Qarabağ" və "Keşlə" klublarının rəsmi müraciəti əsasında həyata keçirilib. 
Belə ki, Millətlər Liqasında 11 oktyabr tarixdə Farer adaları ilə səfərdə, 14 oktyabr tarixdə Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan milli komandası 6 oktyabrda təlim-məşq toplanışına start verəcək.
Bütün bunları nəzərə alan AFFA Peşəkar Futbol Liqasından VII turun təqvimində dəyişiklik edilməsini xahiş edib. 
Azərbaycan milli komandasının beynəlxalq oyunlarını və "Qarabağ"ın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı aşağıdakı dəyişikliyə razılıq verib:
* Topaz Premyer Liqasının VII turunun 6 oktyabr tarixdə keçirilməli olan "Zirə" - "Qəbələ" matçı 5 oktyabr tarixdə keçirilsin.
* Topaz Premyer Liqasının VII turunun 6 oktyabr tarixdə  keçirilməli olan "Keşlə" - "Qarabağ" matçı 31 oktyabr tarixdə keçirilsin.