“Qarabağ”ın məşhur futbolçusu Bakıda AĞIR QƏZA törətdi – Hər İKİ AYAĞI QIRILDI - Foto

Baxış sayı:
829

Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, piyadanı “Qarabağ” futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hanner Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı “Wolksfagen Tuareg” markalı avtomobillə vurub.
Belə ki, gecə saatlarında klubun bazasından ayrılan və “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar.
Faktla bağlı zəruri ekspertizalar təyin edilib.