​"Qarabağ"ın futbolçusuna ağır itki

Baxış sayı:
8437

"Qarabağ" klubunun futbolçusu Con Delarjın ailəsində faciə baş verib. Muxalifet.az xəbər verir ki, konqolu hücumçunun bacısı dünyasını dəyişib. Buna görə də o, dünən axşam saatlarında Bakını tərk edərək vətəni Konqoya yollanıb. Futbolçu bir neçə günə geri qayıdacaq. Qeyd edək ki, Con Delarj mövsümün əvvəlində Türkiyənin "Bursaspor" klubundan transfer edilib.