​"Qarabağ"ın Avroliqa oyunlarının yeri dəyişdirilir?

Baxış sayı:
7327

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək üçün UEFA-ya müraciət edib.
Bu barədə Ağdam klubunun direktoru Əmrah Çelikəl məlumat verib. O bildirib ki, çoxsaylı istəkləri nəzərə alaraq, AFFA ilə birlikdə stadionun dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət ediblər. Ə.Çelikəl hal-hazıda danışıqların getdiyini vurğulayıb.
Qeyd edək ki, UEFA "Qarabağ"ın ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyini açıqlayıb. Komanda ilk ev görüşündə oktyabrın 4-ü "Arsenal"ı qəbul edəcək.
Xatırladaq ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.