​"Qarabağ Vyana" 4 qol vurdu: 3 pillə irəlilədi

Baxış sayı:
7108

Avstriyanın Şərq Regional Liqasında (3-cü liqa) növbəti turun oyunları keçirilib.

Muxalifet.az xəbər verir ki, azərbaycanlıların klubu olan “Qarabağ Vyana” səfərdə “Sankt-Polten”lə qarşılaşıb.
Oyun Vyana təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ Vyana”nın heyətində Ercan Kara het-trik edib. Digər qolu isə Edin Şalkiç vurub.

Bu qələbə ilə xalını 38-ə çatdıran “Qarabağ Vyana” 3 pillə irəliləyərək 5-ci yerə yüksəlib.