​"Qarabağ" UEFA Gənclər Liqasında "Çelsi"yə böyük hesabla məğlub oldu

Bu gün UEFA Çempionlar Liqası ilə yanaşı, Gənclər Liqasına da start verilib.
 
Muxalifet.az xəbər verir ki, qrup mərhələsində Azərbaycan da təmsil olunur. Ölkə çempionu “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində debüt matçına çıxıb. Əsas komanda kimi, Ağdam klubunun U-19 kollektivi də tarixi matçını Londonda, yerli “Çelsi”yə qarşı keçirib.
Təəssüf ki, ağdamlıların debütü o qədər də uğurlu alınmayıb. İlk yarıda hesab açılmasa da, fasilədən dərhal sonra azlıqda qalması komandamızın meydanı böyük hesablı məğlubiyyətlə tərk etməsinə gətirib çıxarıb.
Qeyd edək ki, bundan əvvəlki mövsümlərdə UEFA Gənclər Liqasında oynamaq hüququ qazanan Azərbaycan təmsilçilərinin hər ikisi yarışı elə ilk təsnifat mərhələsindəcə dayandırmışdı. 2015/16 mövsümündə “Spartak”la qarşılaşan “Rəvan” səfərdə 0:4 hesabı ilə uduzub, Bakıda qolsuz sülhə razılaşmışdı. 2016/17 mövsümündə isə “Qəbələ” “Dinamo”ya (Moskva, Rusiya) öz meydanında 0:2, səfərdə 0:5 hesabı ilə yenilib. “Qarabağ”ın əsas komandasının ÇL-in qrup mərhələsinə vəsiqə qazanması isə Ağdam klubunun U-19 komandasının da birbaşa Gənclər Liqasının qrupunda oynamasına şərait yaradıb.
 
UEFA Gənclər Liqası
C qrupu

12 sentyabr
“Çelsi” – “Qarabağ” 5:0
Qol: Hadson-Odoi, 54. Makkormik, 63; 71; 74. Braun, 80.
Sarı vərəqə: Ampadu, 21. T.Manafov, 40. Teylor-Krossdeyl, 44. İ.Qədirzadə, 45+5; 49. Y.Həsənov, 53.
Qırmızı vərəqə: İ.Qədirzadə, 49.
Hakimlər: Robert Hennessi, Darraq Kiqan , Darren Keri (hamısı İrlandiya)
Dördüncü hakim: Con Basbi (İngiltərə)
Surrey. “Çelsi”nin təlim-məşq bazasının stadionu.
 
“Çelsi": 1. Kamminq, 2. Ceyms, 3. Kolli, 4. Çaloba (17. Qallaxer, 65), 5. Da Silva, 6. Ampadu, 7. Sterlinq, 8. Makkormik (k) (15. Makikran, 78), 9. Teylor-Krossdeyl (14. Braun, 56), 10. Meddoks, 11. Xadson-Odoi.
Ehtiyat oyunçular: 13. Bulka, 12. Familio-Kastilyo, 16. Qei, 18. Qrant.
Baş məşqçi: Jo Edvards.
"Qarabağ": 40. Məmməd Hüseynov, 3. Turan Manafov (54. İbrahim Hüseynov, 83), 28. Süleyman Əhmədov (38. Famin Əliyev, 56), 31. Oliver Stoymenovski, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 48. İbrahim Qədirzadə, 49. İbrahim Əliyev (72. Taleh Rzayev, 74), 51. Elçin Əsədov, 59. Boyan Miovski, 80. Yusif Həsənov.
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev.
Baş məşqçi: Rəşad Sadıqov.