​“Qarabağ” rəqiblərinə SÖZ ATDI: Unutmayacaqsınız - FOTO

Baxış sayı:
4387

“Qarabağ”ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq.
Muxalifət.az xəbər verir ki, bu barədə “Qarabağ” klubunun rəsmi səhifəsində qeyd edilib. Çempionlar Liqasındakı keçmiş rəqibləri “Kopenhagen” və “Atletiko” klubuna ismarış yollayan “Qarabağ” onlara bu gün baş tutacaq matçda uğurlar arzulayıb:
 “Köhnə dostlar, sizə uğurlar arzu edirik. Ümid edirik ki, bu gün bizi unutmayacaqsınız”.
Qeyd edək ki, ötən il “Kopenhagen” və “Atletiko Madrid” Çempionlar Liqasında “Qarabağ” komandası ilə qarşılaşıb. Klubumuz “Kopenhagen”ə səfərdə 1:2 hesabı ilə uduzsa da, Bakıda 1:0 qalib gəldiyinə görə ÇL-nin qrup mərhələsinə qalmışdı. “Atletiko”-“Qarabağ” qarşılaşması isə Bakıda 0:0, Madriddə 1:1 hesabı ilə başa çatmışdı.