"Qarabağ" - "Roma" oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ"-"Roma" (İtaliya) oyununun biletləri sentyabrın 8-dən satışa çıxarılacaq.
 
“Qarabağ” klubunun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, biletlərin qiyməti 2-50 manat arasında dəyişir.
 Azarkeşlər biletləri “ASAN” Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik” Mall, “Park Bulvar” alış-veriş mərkəzləri, 69x və iTicket köşklərindən əldə edə bilərlər.