“Qarabağ” rekordunu təkrarlaya bilmədi

 “Qarabağ”ın Topaz Premyer Liqasının 2017/18 mövsümünün startındakı qələbə seriyası qırılıb.
 
İlk 5 matçında qalib gələn ağdamlılar “Zirə” ilə VII turun ev görüşündə xal itirib - 0:0.
 Bu, klubun Azərbaycan çempionatlarındakı ikinci ən yaxşı startıdır. Bütün ölkə çempionatlarında iştirak edən “Qarabağ” yalnız bir dəfə mövsümə daha çox qələbə ilə başlayıb. Ağdamlılar 2003/04 mövsümünün əvvəlində ardıcıl 6 qələbə qazanıb ki, bu da klub tarixinin mütləq rekordudur. Qurban Qurbanovun yetirmələri “Zirə” ilə görüşdə xal itirməklə həmin rekordun bir addımlığında dayanıb.